“Ən azı dekabrın 15-nə qədər Bakıdayam. Çünki qızım burada məktəbdə dərsə gedir. Azərbaycan tərəfi ilə bütün sənədləşdirmə işlərini yekunlaşdırmışam. İndi artıq işsizəm”. (gülür)

Futbolinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya mətbuatına açıqlamasında millimizin baş məşqçisi Robert Prosineçki deyib. Dekabrda AFFA ilə müqaviləsinin müddəti başa çatacaq mütəxəssis Sloveniya millisini çalışdırmaq üçün bu ölkənin Futbol Federasiyası ilə danışıqlara başlayacağını açıqlayıb: 

“Bəli, bununla bağlı xəbərlər doğrudu. Böyük ehtimalla gələn həftə Sloveniya Futbol Federasiyasının prezidenti ilə danışıqlara başlayacağam”.

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsinin müddəti başa çatan kimi, yeni baş məşqçi Qurban Qurbanov millimizdə vəzifəsinin icrasına başlayacaq.

Shares: