İspaniyanın "Atletiko" klubunun futbolçusu Filipe Luis UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri oyunları yada salıb. 

Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi Madriddə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmanın ardından gecəni yata bilmədiyini dilə gətirib: “Səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".

Təcrübəli oyunçu "Atletiko"nun ÇL-in 1/8 final mərhələsinə vəsiqə qazanmasının çox çətin olduğunu da vurğulayıb: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindi".

Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunda 5 turdan sonra 10 xalı olan İngiltərənin "Çelsi" komandası birinci yeri tutub və Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. İkinci vəsiqə uğrunda 8 xala malik İtaliya "Roma"sı ilə 6 xalı olan "Atletiko" mübarizə aparır. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletiko" "Çelsi"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp