Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Öncə Topaz Premyer Liqanın və Birinci Divizionun liderləri – "Qarabağ"la "Qaradağ Lökbatan" üz-üzə gəlib. Ağdam klubu bu görüşdə inamlı qələbə qazanmaqla ilk 1/4 finalçı olub.

Günün digər matçında isə "Neftçi" Birinci Divizionun aşkar autsayderi "Zaqatala"nı qəbul edib. Paytaxt klubu zəif rəqibi üzərində böyük hesabla qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdi.

Azərbaycan kuboku
1/8 final

28 noyabr

“Qarabağ” – “Qaradağ Lökbatan” 2:0
Qol: Ə.İsmayılov, 58. P.Enrike, 81.
Bakı. “Azərsun Arena”.

“Qarabağ”: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev (k), 10. Pedro Enrike, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 77. Donald Gerrye, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 18. Tarik Elyunissi, 33. Eltun Turabov, 70. Nicat Süleymanov.
Baş məşqçi: Qurban Qurbanov.
“Qaradağ Lökbatan”: 12. Ağaseyid Qasımov, 2. Mikayıl Rəhimov, 5. Elmar Mirzəyev, 55. Ruslan Poladov, 18. Rəfail Qəvami, 6. Natiq Kərimi, 97. Samir Musayev, 8. Emin Mustafayev, 11. Elvin Adışirinli, 23. Coşqun Süleymanov, 17. Sabir Allahquliyev (k).
Ehtiyat oyunçular: 1. Fərid Ağayev, 90. Anar Məhərrəmov, 10. Əliqulu Manafov, 7. Pərvin Haqverdiyev, 25. Ramil Rəhimzadə, 15. Emin Mirzəliyev, 4. Elxan Cəbrayılov, 62. Yusif Dilanov, 77. Pərvin Paşayev, 9. Vüsal Qarayev, 19. Əfsər Məmmədov, 3. Nicat Əsgərov.
Baş məşqçi: Həbib Ağayev.

“Neftçi” – “Zaqatala” 5:0
Qol: D.Seqoviya, 8; 35; 54, U.Barqas, 50. E.Mahmudov, 59.
Bakı. 8-ci km qəsəbə stadionu.

“Neftçi”: 53. Maksim Vaylo, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 23. Tərzin Cahangirov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 9. Uqo Barqas, 11. İqnasio Herrera, 12. Daniel Seqovia.
Ehtiyat oyunçular: 44. Sənan Əlizadə, 15. Ruslan Abışov, 25. Kiril Petrov, 17. Rəhman Hacıyev, 10. Derlis Meza Kolli, 20. Elnur Süleymanov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Zaqatala”: 12. Samir Quliyev, 18. Elçin Süleymanov, 5. Elmir Sulxayev, 13. Vəzir Musayev, 4. Kənan Müslümov, 3. Roini İsmayılov, 8. Hacı Əhmədov (k), 9. Osman Qurbanov, 10. Rəhman Şabanov, 2. Sərxan Abdullayev, 11. Sərxan Ağayev.
Ehtiyat oyunçular: 14. Kənan Məmmədov, 6. Məhəmməd Babazadə, 22. Nəsib Əliyev, 7. Asim Babazadə, 19. Elvin Hacızadə, 20. Fuad Bayramlı, 16. Coşqun Canımov.
Baş məşqçi: İlqar Aslanov.

Mərhələnin digər oyunları sabah keçiriləcək: 13:30. “Şüvəlan” – “Səbail”, 13:30. MOİK – “Keşlə”, 13:30. “Kəpəz” – “Binə”, 14:00. “Qəbələ” – “Mil-Muğan”, 16:00. “Sumqayıt” – “Sabah”, 16:00. “Zirə” – “Xəzər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp