Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan İtaliyanın “Roma” klubu itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, İtaliya A Seriyasının 14-cü turunda səfərdə “Cenoa” ilə qarşılaşan (1:1) “canavarlar”ın hücumçusu Qrequar Defrel sıradan çıxıb. O, matçın 58-ci dəqiqəsində sıradan çıxaraq əvəzlənmək məcburiyyətində qalıb.

Klubun rəsmi saytında yer alan məlumatda Defrelin dizaltı vəzlərində ciddi zədə aşkarlandığı qeyd edilib. Onun vəziyyətinə yaxın vaxtlarda aydınlıq gələcəyi vurğulanıb.

Xatırladaq ki, “Qarabağ” qrupda son oyununu səfərdə “Roma”ya qarşı keçirəcək. Qarşılaşma dekabrın 5-də “Olimpiko” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp