"Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles gələn ildən Danimarkada çalışacaq.

Futbolinfo.az sport24.az saytına istinadən xəbər verir ki, o, yanvarın 1-dən “Orhus” klubunda işləyəcək.

Təcrübəli mütəxəssis xəbəri təsdiqləyib: “Bəli, mənim Danimarkanın “Orhus” klubundan təklifim var. Orada köməkçi məçqçi kimi işləmək üçün dəvət almışam. Dünən bununla bağlı “Qarabağ” rəhbərliyi və məşqçi heyəti ilə söhbət etdim. Çünki burdan hörmətlə ayrılmaq istəyirəm.

Fikrim “Qarabağ”ın icazəsi ilə təklifi qəbul etmək və Ağdam klubundan ayrılmaqdı. Sağ olsunlar, qərarıma hörmətlə yanaşdılar. Qarşılıqlı şəkildə razılaşdıq. Bir-birimizə təşəkkür etdik. “Qarabağ” böyük klubdu. Böyük ehtimalla yanvarın 1-dən Danimarkada çalışacam”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp