Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, DÇ-2018-də Səudiyyə Ərəbistanına Xuan Antonio Pitsi rəhbərlik edəcək. Argentinalı mütəxəssis bu postda həmyerlisi Edqardo Bausanı əvəz edib.

Pitsi son üç ayda Səudiyyə Ərəbistanında işləyəcək 3-cü məşqçidi. Bausa sentyabr ayında Bert van Marveyki əvəzləmişdi. Marveykin rəhbərliyi altında yığma mundiala vəsiqə qazanmışdı.

Pitsi əvvəllər Çili yığmasında işləyib. Çili DÇ-yə vəsiqə əldə edə bilmədikdən sonra o, istefaya getmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp