Lakin iş yalnız hazırlıqda deyil. Hakim təyinatlarında da bir sıra qəribəliklər var. Mövsümün indiyəqədərki 52 oyunundan 51-i baş tutub, “Səbail” – “Qarabağ” görüşü təxirə salınıb. Və bu 51 oyundan 8-i Əliyar Ağayevə tapşırılıb. Ciddi səhvlərinə rəğmən, təyinat sarıdan korluq çəkməyən FİFA referisi “Neftçi” üçün uğursuz hakimdi. O, bakılıların 3 ev oyununda məğlubiyyətini görüb. “Qəbələ”nin 2 qələbəsini görən Ağayev həmin oyunlarda səhv edib. Maraqlıdı ki, əyalət klubu daim narazı qaldığı referinin həm “Sumqayıt”la ev, həm də “Neftçi”ylə səfər matçlarında məhz onun səhvlərindən sonra sevinib.
 
Əliyar Ağayev – 8 oyun
“Neftçi” – “Qarabağ” 1:3 (hakim-inspektor Məlik Həsənov)
“Qəbələ” – “Sumqayıt” 1:0 (Şahin Cəfərov)
“İnter” – “Kəpəz” 3:2 (Asim Xudiyev)
“Neftçi” – Zirə“ 1:2 (Xaqani Məmmədov)
“İnter” – “Qarabağ” 0:2 (Məhəmməd Məmmədov)
“Kəpəz” – “Neftçi” 0:1 (Xaqani Məmmədov)
“Sumqayıt” – “Keşlə” 3:1 (Şahin Cəfərov)
“Neftçi” – “Qəbələ” 2:3 (Əli Hüseynov)
 
Bu mövsüm ən çox təyinat alan 2 hakimdən biri olan Rauf Cabbarov sanki FİFA referiliyinə hazırlanır. İnsaf naminə, 8 oyunda şans qazanan bu hakimdə qismən irəliləyiş də var. Yalnız son matçda onun səhvləri diqqət çəkib ki, onlar da daha çox köməkçilərinin xətasıdı.
 
Rauf Cabbarov – 8 oyun
“Qarabağ” – “İnter” 1:0 (Murad Məmmədov)
“Səbail” – “Qəbələ” 1:3 (Füzuli Nəcəfov)
“Qarabağ” – “Zirə” 0:0 (Məlik Həsənov)
“Sumqayıt” – “Qəbələ” 0:1 (Əhmədağa Cabbarov)
“Neftçi” – “Sumqayıt” 2:1 (Məlik Həsənov)
“Qəbələ” – “Səbail” 3:1 (Füzuli Nəcəfov)
“Kəpəz” – “Səbail” 2:3 (Fazil Mürşüdov)
“Neftçi” – “Keşlə” 3:1 (Asim Xudiyev)
 
Ömər Paşayev “Qəbələ”nin “Zirə” ilə ev matçında kiçik səhvlərə yol vermişdisə, bu komandanın “Qarabağ”la görüşünün müqəddaratını həll etdi. Düzdü, matçı mükəmməl idarə etdi, amma ofsayddan vurulan yeganə qolu hesaba alması onun passivinə yazıldı. Buna baxmayaraq, Paşayevin uğurlu mövsüm keçirdiyini qeyd etməliyik.
 
Ömər Paşayev – 7 oyun
“İnter” – “Qəbələ” 1:2 (Asim Xudiyev)
“Zirə” – “Sumqayıt” 3:1 (Məhəmməd Məmmədov)
“Qəbələ” – “Zirə” 1:1 (Vüsal Əliyev)
“İnter” – “Neftçi” 0:2 (Əli Hüseynov)
“Qəbələ” – “Qarabağ” 1:0 (Əli Hüseynov)
“Zirə” – “Neftçi” 1:0 (Məhəmməd Məmmədov)
“Kəpəz” – “Qəbələ” 1:6 (Rövşən Əhmədov)
 
FİFA referiləri arasında ən az matç idarə edən Rəhim Həsənov son tura kimi əla təsir bağışlayırdı. Onun “Sumqayıt” – “Səbail” matçındakı xətası meydan sahiblərini xilas etsə də, ümumi götürəndə oyun sayının səhv edən hakimlərdən daha az olması qəribədi. Lakin statistikanın belə alınmasında tapşırığın da önəmi var. “Qəbələ” ilə ulduzu barışmayan bu referini görünür, klubun istəyi ilə onların hətta səfər matçlarına da təyin etmirlər. “Qarabağ”ın da cəmi bir matçına təyinat alan FİFA referisi deyəsən, yalnız zəif komandalar üzrə ixtisaslaşıb.
 
Rəhim Həsənov – 6 oyun
“Zirə” – “Səbail” 2:1 (Rövşən Əhmədov)
“Sumqayıt” – “Neftçi” 1:0 (Rövşən Əhmədov)
“Səbail” – “Kəpəz” 1:0 (Fazil Mürşüdov)
“Zirə” – “Kəpəz 3:0 (Asim Xudiyev)
“Kəpəz” – “Qarabağ” 0:2 (Əhmədağa Cabbarov)
“Sumqayıt” – “Səbail” 0:0 (Vüsal Əliyev)
 
Fariz Yusifov qüsursuz görünən hakimlərdəndi. İndiyədək ondan yalnız Zirədə xalsız qalan “Qəbələ” narazı olub. Qalan matçlarda sabiq FİFA referisi işinin öhdəsindən yaxşı gəlib.
 
Fariz Yusifov – 6 oyun
Sumqayıt – Kəpəz 1:0 (Xaqani Məmmədov)
“Qarabağ” – “Qəbələ” 2:1 (Əli Hüseynov)
“Qəbələ” – “Neftçi” 2:1 (Murad Məmmədov)
“Səbail” – “Neftçi” 0:4 (Şahin Cəfərov)
“Zirə” – “Qəbələ” 2:1 (Vüsal Əliyev)
“Zirə” – “Qarabağ” 2:3 (Məlik Həsənov)
 
Ramil Diniyev də bu mövsüm yaxşı görünür. Amma 5 təyinat alan Ramilin 13 tur ərzində “Qəbələ” və “Qarabağ”ın oyunlarına təyinat almaması nonsesdi. Bu fakt göstərir ki, hakimlər sifarişlə təyin olunur. “Neftçi”, “Zirə” və “Sumqayıt”ı da yalnız səfər oyunlarında görən hakim yalnız 2 klubun – “Səbail” və “İnter”in (indiki “Keşlə”) ev matçlarında fit çalıb.
 
Ramil Diniyev – 5 oyun
“Səbail” – “Neftçi” 1:0 (Füzuli Nəcəfov)
“İnter” – “Sumqayıt” 1:1 (Məlik Həsənov)
“Səbail” – “Sumqayıt” 0:2 (Kərim Ağayev)
“Səbail” – “İnter” 1:0 (Fazil Mürşüdov)
“Keşlə” – “Zirə” 0:1 (Kərim Ağayev)
 
İnqilab Məmmədov 5 oyun idarə edib. Lakin nədənsə onun da yolu 13 tur ərzində “Neftçi” ilə kəsişməyib. Deyəsən, bakılılar da Məmmədovu onların matçına göndərməmək barədə Hakimlər Komitəsinə sifariş verib.
 
İnqilab Məmmədov – 5 oyun
“İnter” – “Səbail” 1:0 (Fazil Mürşüdov)
“Zirə” – “İnter” 1:1 (Əhmədağa Cabbarov)
“Qəbələ” – “Kəpəz” 0:2 (Vüsal Əliyev)
“Sumqayıt” – “Zirə” 2:1 (Murad Məmmədov)
“Qarabağ” – “Sumqayıt” 2:0 (Murad Məmmədov)
 
Orxan Məmmədov FİFA referisi adını itirəndən bu yana geriləməkdə davam edir. Onun oyun sayı kifayət qədər azalıb. Rəvan Həmzəzadə də ümidləri doğrultmur. Bu referinin 3 oyunda cəmi 4 komandanı görməsi də qəribədi. “Qarabağ” – “Səbail” oyunundakı səhvlərindən sonra isə onu Premyer Liqada görən olmayıb.
 
Orxan Məmmədov – 3 oyun
“Neftçi” – “Kəpəz” 0:0 (Kərim Ağayev)
“Qarabağ” – “Sumqayıt” 4:1 (Məhəmməd Məmmədov)
“Keşlə” – “Kəpəz” 0:2 (Asim Xudiyev)
 
Rəvan Həmzəzadə – 3 oyun
“Kəpəz” – “Zirə” 0:3 (Əhmədağa Cabbarov)
“Qarabağ” – “Kəpəz” 2:0 (Şahin Cəfərov)
“Qarabağ” – “Səbail” 1:0 (Nüvər Xasıyev)
 
8 komandalı çempionatda cəmi 9 baş hakimə güvənilməsi normaldı. Amma pis olan odur ki, bu il yeni nəslin nümayəndəsini görmürük.
 
(davamı olacaq)
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp