UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatına namizəd şəhərlərin siyahısını açıqlayıb.

Futbolinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda  Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərləri yer alıb. Açılış matçına ev sahibliyi edəcək şəhərin adının dekabrın 7-də açıqlanacağı bildirilib.

Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq AÇ-2020 ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Turnirin 4 matçı (3 qrup, 1 1/4 final) Bakıda oynanılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp