AFFA nümayəndələrinin işi bir o qədər müzakirə olunmur. Elə bu səbəbdəndi ki, AFFA bu insanları növbəylə oyunlara göndərməklə kifayətlənir. Amma burada da qəribəlik var. Məsələn, nədənsə Mübariz Hüseynov təyinat aldığı bütün oyunlarda “Qarabağ”ı ev sahibi kimi görüb. Ramiz Abdullayev isə 3 oyunun hamısında yalnız “Səbail”in keşiyində olub. Şaiq Həmidov da həmişə “Qarabağ”ın görüşlərinə təyinat alır. Zamiq Hüseynov “İnter”dən başqa komanda tanımırsa, Eldar Qasımov da yalnız Gəncədə iş başında olub. Tovuzda yaşadığı üçün yalnız qərbdəki matlara təyinat alan Namiq Məstanov da “Kəpəz”in oyunlarını görüb.
 
Eldəniz Musayev – 3 oyun
“Neftçi” – “Qarabağ” 1:3
“İnter” – “Sumqayıt” 1:1
“Zirə” – “Neftçi” 1:0
 
Ramiz Mustafayev – 3 oyun
“İnter” – “Qəbələ” 1:2
“Səbail” – “Qəbələ” 1:3
“Sumqayıt” – “Keşlə” 3:1
 
Məmmədəli Məmmədov – 3 oyun
“Zirə” – “Səbail” 2:1
“Səbail” – “Kəpəz” 1:0
“Kəpəz” – “Qarabağ” 0:2
 
Elbrus Abbasov – 3 oyun
“Sumqayıt” – “Kəpəz” 1:0
“Neftçi” – Zirə“ 1:2
“Neftçi” – “Sumqayıt” 2:1
 
Mübariz Hüseynov – 3 oyun
“Qarabağ” – “İnter” 1:0
 “Qarabağ” – “Zirə” 0:0
“Qarabağ” – “Sumqayıt” 2:0
 
Ramiz Abdullayev – 3 oyun
“Səbail” – “Neftçi” 1:0
“Səbail” – “Sumqayıt” 0:2
“Qəbələ” – “Səbail” 3:1
 
Əsgər Əmirəliyev – 3 oyun
“Qəbələ” – “Sumqayıt” 1:0
“İnter” – “Neftçi” 0:2
“Keşlə” – “Zirə” 0:1
 
Sakin Məmmədzadə – 3 oyun
“İnter” – “Səbail” 1:0
“Sumqayıt” – “Qəbələ” 0:1
“Neftçi” – “Qəbələ” 2:3
 
Rauf Hüseynli – 3 oyun
“Neftçi” – “Kəpəz” 0:0
“Səbail” – “Neftçi” 0:4
“Sumqayıt” – “Səbail” 0:0
 
Abas Hüseynov – 3 oyun
“Zirə” – “Sumqayıt” 3:1
“İnter” – “Qarabağ” 0:2
“Neftçi” – “Keşlə” 3:1
 
Şaiq Həmidov – 3 oyun
“Qarabağ” – “Qəbələ” 2:1
“Qəbələ” – “Qarabağ” 1:0
“Zirə” – “Qarabağ” 2:3
 
Vaqif Davudov – 3 oyun
“Sumqayıt” – “Neftçi” 1:0
“Zirə” – “Kəpəz 3:0
“Kəpəz” – “Qəbələ” 1:6
 
Eldar Qasımov – 2 oyun
“Kəpəz” – “Zirə” 0:3
“Kəpəz” – “Səbail” 2:3
 
Erkin Hüseynov – 2 oyun
“Qarabağ” – “Kəpəz” 2:0
“Səbail” – “İnter” 1:0
 
Seymur Səlimli – 2 oyun
“Qarabağ” – “Sumqayıt” 4:1
“Zirə” – “Qəbələ” 2:1
 
Zamiq Hüseynov – 2 oyun
“Zirə” – “İnter” 1:1
“Keşlə” – “Kəpəz” 0:2
 
Nüvər Xasıyev – 2 oyun
“Qəbələ” – “Neftçi” 2:1
“Qarabağ” – “Səbail” 1:0
 
Namiq Məstanov – 2 oyun
“Qəbələ” – “Kəpəz” 0:2
“Kəpəz” – “Neftçi” 0:1
 
Elçin Məmmədov – 1 oyun
“Sumqayıt” – “Zirə” 2:1
 
Rauf Əmirov – 1 oyun
“Qəbələ” – “Zirə” 1:1
 
Arif Fərəcov – 1 oyun
“İnter” – “Kəpəz” 3:2
 
Təyinatlar o qədər qəribə bölünür ki, bu ilin son turunda kimlərin iş başında olacağını rahatca demək olar. Məsələn, Eldar Qasımovun oyun sayını 3-ə çatdırmaq üçün “Kəpəz”in ev oyunundan yaxşısı yoxdu: o, yəqin ki, “Kəpəz” – “Sumqayıt” matçında görünəcək. Namiq Məstanov isə “Qəbələ” – “Keşlə” görüşündə limiti dolduracaq. “Qarabağ” – “Neftçi” və “Səbail” – “Zirə” görüşlərinə seçim Erkin Hüseynov, Seymur Səlimli, Zamiq Hüseynov və Nüvər Xasıyev arasında aparılacaq, onlardan biri təxirə salınmış “Səbail” – “Qarabağ” oyununa saxlanılacaq. İndiyədək 1 dəfə təyinat alanlardan Elçin Məmmədovun digər işləri daha çoxdu, Rauf Əmirov küsdürülüb, Arif Fərəcov isə səbəbi açıqlanmadan işdən uzaqlaşdırılıb.
 
Bəlkə də adi statistik yazıdı. Amma elə bu statistikaların içində gizlənən o qədər həqiqət var ki…
 
AFFA-nın müvafiq komitələrindən açıqlama gözləyirik…
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp