“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesablı qələbəyə sevindikləri görüşdən sonra bunları söyləyib: 

“Futbolçularımı təbrik edirəm. Komandada bir qədər həyəcan var idi. Çünki bu gün meydana çıxan futbolçuların bəziləri çoxdandı oynamırdılar. Rəqibi də təbrik edirəm. Bu gün sübut etdilər ki, birinci divizionda lider olmağa layiqdilər. Bu komandanın özünəməxsus oyunu var".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp