Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryolun bir müddət öncə saxlanıldığını xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilmişdi. Sabiq hücumçu FETÖ təşkilatına dəstəkdə ittiham olunurdu. Lakin ötən gün o, sərbəst buraxılıb. Buna baxmayaraq, o, polis nəzarəti altında olacaq.

Biryol karyerası ərzində "Mersin İdman Yurdu", "Ədirnəspor", "Göztəpə", "Fənərbaxça", "Bursaspor", "Çaykur Rizəspor" kimi komandalarda top qovub. O, Super Liqanın 2003-04 mövsümündə “Konyaspor”un heyətində 25 dəfə fərqlənərək, çempionatın bombardiri olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp