Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında və əvəzedicilərin çempionatında 13-cü turun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Topaz Premyer Liqasının 13-cü turunun “Zirə” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Əvəzedicilərin çempionatında 13-cü turun “Neftçi” – “Keşlə” matçının 72-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Daşdəmirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Əvəzedicilərin çempionatında 13-cü turun “Kəpəz” – “Qəbələ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp