Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Ağsu” – “Şüvəlan” matçının 77-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Binə” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp