Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-17 Liqasında “Zirə” – “Səbail” matçının 75-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Rəşad Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Turan Tovuz” – “Keşlə” matçının 20-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Fərid Muxtarov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-17 Liqasında “Kəpəz” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında “Mançester Yunayted” – “Sumqayıt” matçında “Sumqayıt” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında “Kəpəz” (Gəncə) – UGİM (Göygöl) matçının 44-cü dəqiqəsində UGİM-in futbolçusu Teymur Yusubov  təhqiredici hərəkətlər etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb.

U-13 Liqasında “Alekseyevka” (Quba) – “Quba” OK matçının 47-ci dəqiqəsində “Quba” OK klubunun futbolçusu Elmin Nadirli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Təhsil” RİM (Şirvan) – “Şirvan” (Şirvan) matçının 45-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Amid Əliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-12 Liqasında ROİL (Qax) – “Kürmük” (Qax) matçının 46-cı dəqiqəsində ROİL-in futbolçusu Arif Verdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında UGİM (Oğuz) – ROİL (Qax) matçının 46-ci dəqiqəsində ROİL-in futbolçusu Məhəmməd Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-10 Liqasında “Xəzri” İK – MOİK (Bakı) matçında MOİK komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 

U-10 Liqasında “Qədirli” (Tovuz) – UGİM (Qazax) matçında UGİM komandasanın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında “Əhmədli Yunayted” – “Autimzlilərin İK” matçında "Autimzlilərin İK" komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında “Qusar” – “Təhsil” FM matçında “Təhsil” FM komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında “Mil-Muğan” (İmişli) – “Tomris” (Gəncə) matçında “Mil-Muğan” komandası yaş limitini pozduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında “Qubek” (Balakən) – “Dinamo” (Baləkən) matçında “Qubek” komandası yaş limitini pozduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında “Gənclik” (Şəki) – “Qabaqçöl” (Balakən) matçında hər iki komanda yaş limitini pozduğuna görə, hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 qızlar Liqasında UGİM (Şəki) – UGİM (Qax) matçında UGİM (Şəki) komandası yaş limitini pozduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 qızlar Liqasında UGİM (Naftalan) – “Əhmədli Yunayted” matçında “Əhmədli Yunayted” komandası yaş limitini pozduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp