“Qəbələ” Rumıniyanın “Astra” klubunun müdafiəçisi Aleksandru Dandyanın xidmətində maraqlıdı.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Rumıniya mətbuatı yayıb. Xəbərdə “Qəbələ” klubunun nümayəndələrinin Rumıniya çempionatının “Astra” – “Styaua” qarşılaşmasında (2:0) Dandyanın oyununu izlədikləri qeyd edilib. “Qırmızı-qaralar”ın rumın futbolçunu qışda heyətinə cəlb etmək istədiyi, ona aylıq 15 min dollar təklif etdiyi vurğulanıb.

Dandya “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka tanış futbolçudu. Belə ki, müdafiəçi 2013/14 mövsümündə Ukraynanın “Hoverla” klubunda top qovub. Həmin vaxt Ukraynanın digər klubunun – “Çernomorets”in “sükanı arxasında” olan ukraynalı mütəxəssis bu futbolçunun oyununa bələddi.

Aleksandru Rumıniya çempionatının cari mövsümündə 14 oyunda şans qazanıb. Dandya “Astra”nın heyətində Avropa Liqasının cari mövsümünün 2-ci təsnifat mərhələsində təmsilçimiz “Zirə”yə qarşı hər iki oyunda meydana çıxıb. O, Rumıniyadakı matçda komandasının qələbəsinə (3:1) bir qolla töhfə verib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 29 yaşlı futbolçu 1.88 m boya malikdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp