2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının təşkilatçıları turnirin rəsmi plakatını təqdim ediblər.

Futbolinfo.az xəbər verir ki, plakatın əsas simvolu əfsanəvi qapıçı Lev Yaşin olub. Yaşin keçmiş SSRİ yığmasının heyətində üç dünya çempionatında (1958, 1962, 1966) iştirak edib. O, 1956-cı ildə keçirilən olimpiya oyunlarının qalibidi. Lev həm də “Qızıl top” alan yeganə qapıçıdı.

Qeyd edək ki, 1930-cu ildə keçirilən ilk dünya çempionatının da posterində əsas sima qapıçı olmuşdu. DÇ-2018 iyunun 14-dən iyulun 15-nə qədər Rusiyanın 11 şəhərində keçiriləcək.

plakat - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp