“Neftçi” rəhbərliyi mətbuatda gedən yazılara biganə deyilmiş. Klub rəhbərliyi transfer siyahılarında olan futbolçular haqdakı son yazılanlardan nəticə çıxarıb.
 
Futbolinfo.az xəbər verirki, bakılılar “Keşlə”dən almaq istədikləri 3 futbolçudan yalnız Nizami Hacıyevlə rəsmi anlaşma imzalayacaq. Yarımmüdafiəçi ilə razılıq əldə olunub və qış fasiləsində müqavilə rəsmiləşəcək. Digər 2 oyunçudan isə imtina edilib.
 
“Neftçi” – “Keşlə” matçındakı (3:1) “davranışları” ilə gözdən düşən Tərlan Quliyev və İlkin Qırtımovun keçidi alınmayacaq. Düzdü, baş məşqçi Tərlan Əhmədov İlkinin keçidində israr edir. Lakin rəhbərlik cinah müdafiəçilərinin çoxluğunu da səbəb göstərərək, yüksək səviyyəli oyunçu kimi qəbul etmədikləri Qırtımovla danışıqlara başlamaq istəmir. Tərlandan isə artıq adaşı Əhmədov da üz döndərib və daha səviyyəli mərkəz müdafiəçisi axtarışına başlanılıb.
 
“Keşlə”də qalmayacağı dəqiq olan İlkin Qırtımov “Neftçi”nin tərəddüdü səbəbindən başqa variantları da gözdən keçirir. Hazırda müdafiəçiyə ən real təklifi “Zirə” göndərib. Qəsəbə təmsilçisi futbolçu ilə müqaviləni fasilə başlayan kimi imzalamaq niyyətindədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp