Robert Prosineçkidən sonra Azərbaycan millisinin baş məşqçisi postuna İtaliya millisinin sabiq futbolçusu, hazırda Albaniya millisinin baş məşqçisi postunu tutan Kristian Panuççi tutmalı imiş. 

Futbolinfo.az “Rekord”a istinadən xəbər verir ki, Prosineçkinin gedişi dəqiqləşəndən sonra AFFA yenə də legioner məşqçi axtarışına çıxıb. Hədəf bu dəfə İtaliyaya yönəlib. Ənənəvi olaraq, bu işləri yenə də baş katib Elxan Məmmədov görüb. Onun hədəfində olan növbəti əcnəbi Albaniya millisinin baş məşqçisi Panuççi imiş. Məmmədov menecer Kamil Məmmədovla Riad Rəfiyevi Panuççi ilə danışıqlara yollayıb. Lakin "yuxarı"dan gələn göstəriş bir anda baş katibin planlarını alt-üst edib. Göstəriş isə ən yüksək səviyyədən gəlmişdi: millinin baş məşqçisi Qurban Qurbanov olmalıdı! Məhz bundan sonra Elxan Məmmədovun geri addım atmaqdan və Qurbanov seçimi ilə razılaşmaqdan başqa yolu qalmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp