“Keşlə” klubu iki futbolçusu ilə yollarını ayırıb. 

Futbolinfo.az “Sportnet”ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ramiz Məmmədov məlumat verib.

O, yarımmüdafiəçilər – Nizami Hacıyev və Mirhüseyn Seyidovun klubdan göndərildiklərini açıqlayıb.

R.Məmmədov bildirib ki, göndəriləcək futbolçuların siyahısına daha bir neçə nəfər əlavə olunacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp