İngiltərənin “Vest Bromviç” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bundan sonra Alan Pardyu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə 2,5 illik müqaviə bağlanıb.

Xatırladaq ki, komanda mövsümə Toni Pyulislə başlasa da, uğursuz nəticələrdən sonra onu istefaya göndərmişdi.

Hazırda hesabında 12 xal olan “Vest Bromviç” 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp