Azərbaycan kubokunun 1/8 final mərhələsində "Zirə" öz meydanında "Xəzər"i qəbul etdi.
Futbolinfo.az xəbər verir ki, zirəlilərin 3:0 hesablı qələbəsindən sonra baş məşqçi Ayxan Abbasov matçla bağlı fikirlərini bildirib:
“Qarabağ"la oyundan sonra sıx qrafikə girirdik. Oynamayan futbolçulara daha çox şans verdik. İlk yarıda tələskənlik oldu. Hesabı açandan sonra rahat olduq. Rəqib yaxşı müqavimət göstərdi. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm”.
Qeyd edək ki, “Zirə” 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.