Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Madrid “Atletiko”su da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdığı “Elçe” ilə qarşılaşıb. Madridlilər doğma meydanda 3:0 hesabıyla qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazanıblar.

“Atletiko”nun heyətində Xose Ximenes (31-ci dəqiqə) və dublla yadda qalan Fernando Torres (33 və 68-ci dəqiqələrdə) fərqlənib.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp