Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub. Diqqət çəkən nəticələrdən biri “Beşiktaş”ın “Manisaspor”la oyununda qeydə alınıb. Son Türkiyə çempionu 9 cavabsız qolla qalib gələrək cavab matçını tam formallığa çevirib. Elə “Qalatasaray” da 5:1 hesabıyla yendiyi “Sivas Bələdiyyəspor”la səfər görüşünə arxayın yollana bilər.

İkinci oyun günündə "Fənərbaxça" da darmadağınla qalib gəlib.

Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
(ilk oyunlar)
28 noyabr

Karsspor – Gənclərbirliyi 1:2
Beşiktaş – Manisaspor 9:0
Ankara Dəmirspor – Akhisar 0:3
Osmanlıspor – Yeni Malatyaspor 3:1
Qalatasaray – Sivas Bələdiyyəspor 5:1

29 noyabr

Batman Petrolspor – Konyaspor 0:3
Kasımpaşa – Boluspor 1:3
Sivasspor – Bucaspor 2:1
Karabükspor – İstanbulspor 2:1
Adanaspor – Bursaspor 0:2
Fənərbaxça – Adana Dəmirspor 6:0

30 noyabr

14:30 Orhanqazispor – Antalyaspor
16:30 Girəsunspor – Alanyaspor
17:30 Kahramanmaraşspor – Başakşəhər
18:30 Ərzurum BB – Trabzonspor
21:30 Kayserispor – Eyupspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp