Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Oyun bursalıların inamlı qələbəsi ilə başa çatıb – 2:0. 

Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

Bu kollektivlər arasındakı cavab oyunu dekabr ayının ortalarında baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp