Futbol üzrə Makedoniya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Pelistar”la qarşılaşıb. İlk oyunda 2:5 hesablı darmadağınla üzləşən futbolçumuzun komandası ev oyununda bunun əvəzini çıxa bilməyib – 2:2. Bu heç-heçədən sonra “Pobeda” kubokla vidalaşmalı olub.

Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə, qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

Shares: