Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə noyabrın 29-dan etibarən Frankfurt şəhərində “İnternationalen Spielanalysekongress der DFB-Akademie” konqresi (AFİ Akademiyasının Beynəlxalq Oyun Analizi Konqresi) keçirilir.

Futbolinfo.az xəbər verir ki, DFB-nin dəvətinə əsasən, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd və məşqçi Etibar İbrahimov konqresdə iştirak edir. Konqres bu gün başa çatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp