Ölkədə idmanın inkişaf etməsində, gənc nəslin sağlam böyüməsində idman məktəblərininin danılmaz rolu var. Bu gün respublikada fəaliyyət göstərən bu məktəblərdə minlərlə yeniyetmə müxtəlif idman növləri ilə məşğul olur, istər daxili, istərsə də beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəklərlə qaldırmağa çalışır. Ancaq çox təəssüf ki, son vaxtlar bu sahədə xoşagəlməzliklərin baş alıb getdiyi barədə xəbərlər əldə edirik.
 
Bugünlərdə “Futbol+” qəzetinin redaksiyasına bu məsələ ilə bağlı məktub daxil olub. Adının çəkilməsini istəməyən bir qrup şəxs Təhsil Nazirıliyinin məktədənkənar fəaliyyətin təşkili şöbəsinin (idman məktəbləri bu şöbənin nəzarətindədi) müdiri Vasif Məmmədovun, Təhsil İdman Mərkəzinin rəhbəri Natiq Lahıcovun və Təhsil İdman Mərkəzinin Təşkilat Komitəsinin müdiri Vidadi Quliyevin qonunsuz əməlləri ilə bağlı məktub ünvanlayıb. Həyatının çox hissəni məşqçi-pedaqoq kimi çalışan bu şəxslər bu gün işsiz qalmalarına səbəb kimi “üçlüy”ün yarıtmaz idarəçilyini göstərib.
 
Həmin məktubla sizləri də tanış edirik “Vasif Məmmədov Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiridir. Onu da qeyd edək ki, ali bədən tərbiyəsi ixtisası olmayan bir şəxsdi. Pedaqoji fəaliyyəti olmamasına baxmayaraq, “Vətən” Futbol Məktəbində müdir vəzifəsinə təyin olunmuşdu. Buna qədər isə bir neçə özəl şirkətlərdə çalışmışdı. Bizə çatan məlumata görə, bir ara “Topaz” məntəqəsi də işlətmişdi. Hazırda birinci dəstədə mübarizə aparan “Sabah”ın da rəhbərliyində təmsil olunur. Bəlkə də bu səbəbdəndi ki, “Sabah”ın adı nəticəsi əvvəlcədən müəyyənləşmiş oyunlarda hallanır. Ola bilsin, Məmmədovun mərc oyunlarındakı təcrübəsi buna əsas verir. Bu gün hamıya maraqlıdı ki, nəyə görə cari mövsümdə aşağı dəstədə çıxış edən “Vətən”in adı çempionatın startına saylı günlər qalmış dəyişdirilərək “Sabah” oldu? Bunun cavabını gələcəkdə deyəcəyik.
Vasif bəy “Vətən”ə 2013-cü ildə rəhbər təyin olunub. Vəzifəyə gələn kimi Mustafa Həsənov adlı şəxsi futbol məktəbinə hüquqşünas kimi işə götürüb. “Vətən” Futbol Məktəbinə baş məşqçi kimi isə Yaşar Abdulovu təyin etdi. Qeyd edək ki, Abdulov Azərbaycan dilində yaza bilmir. Yazdığı məşq icmalları rus dilində olduğundan məşqçilərlə ana dilimizə görə mübahisə etmişdi. Yaşar bəy 2 dəfə AFFA-nın və UEFA-nın keçirdiyi A kateqoriyalı məşqçilik kursunda iştirak etsə də, hər ikisində sınaqdan üzüağ çıxa bilməmişdi. Bu azmış kimi, B kateqoriyası da ondan geri alınmışdı. O, işlədiyi müddətdə daim məşqçiləri təhqir etməklə özü haqda mənfi imic formalaşdırıb. Sizcə, belə əxlaqa malik, savadsız, bacarıqsız şəxs futbol məktəbindəki məşqçilərə nə tövsiyyələr verə bilər? O da məlumdu ki, Abdulov bir neçə məşqçidən rüşvət alaraq işə götürmüşdü. Əvəzində qrupu olan bir neçə məşqçiyə qarşı haqsızlıq edərək işdən uzaqlaşdırmışdı. Görəsən, Vasif Məmmədovun Yaşar Abdulov kimi bacarıqsızın birini məktəbə gətirməkdə nə marağı var idi?
Məmmədov bir neçə aydan sonra Təhsil Nazirliyinə müşavir vəzifəsinə yüksəldi. Yerinə isə 1 illik sınaq müddətinə əvvəllər Qazaxda polis zabiti işləmiş, idmanda bir gün pedaqojı stajı, ali bədən tərbiyyəsi təhsili olmayan Mustafa Həsənovu təyin etdi. Sınaq müddəti bitəndən sonra Həsənov daimi əsasda işini davam etdirdi. Mustafa bəy təyinatından 1 il sonra İdman Akademiyasına daxil oldu. Bəli, bəli səhv anlamadız. Məhz qanunsuz təyinatından 1 il sonra. İdman məktəblərinin qara günləri də məhz bu vaxtdan başladı. Məmmədov Təhsil Nazirliyində yerini bərkidərək qurumun məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat aldı. Yayılan söz-söhbətə görə, Təhsil İdman Mərkəzinə köməkçilərindən birinin vasitəsi ilə külli miqdarda rüşvət aldığı Natiq Lahıcovu təyin edib. Məmmədovun növbəti təyinatı da cox maraqlı olub. Vidadi Quliyev adlı şəxsi Təhsil İdman Mərkəzinə təşkilat komitəsinə rəhbər təyin edib. Və idman məktəblərinin müdirlərindən pul yığmağı Quliyevə həvalə edir. Bəzi müdirlər narazılıq etdikdə Vidadi bəy “özünüz öz əlinizlə özünüzə gor qazmayın” söyləyərək, narazılıq edən məktəb rəhbərlərini şantaj yolu ilə qorxudub. Bildirib ki, deyilən məbləğlər vaxtında aiddiyatı üzrə çatmasa, gələcəkdə onlarla əmək müqaviləsi uzadılmayacaq. Bundan ehtiyyat edən müdirlər mütamadi olaraq, Quliyevə rüşvət verməyə başlayıblar. Vidadi bəy özü şəxsi söhbətlər zamanı pulların Vasif Məmmədova çatacağını bildirib.
Vasif Məmmədovunun təşəbbüsü ilə 2017-ci ildə bir neçə idman məktəbləri birləşdirilib və kütləvi şəkildə ixtisarlar başlayıb. Birləşdirilən məktəblərin məşqçilərinə, müdirlərinə, metodist və tədris hissə müdirlərinə qanunsuz olaraq tapşırılıb ki, öz xahişinizlə işdən azad olunmağınızla bağlı ərizə yazın. Onu da əlavə edib ki, biz sizi bir neçə günə yeni iş yeri ilə təmin edəcəyik. Və kütləvi şəkildə ərizələr yazılıb və yazanların əksəriyəti indiyə qədər işsiz qalıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin A bəndində yazılıb: “Müəssisə bağlanırsa, ixtisara düşənlər dövlətdən təzminat almalıdılar və ya iş yerləri ilə təmin edilməlidilər”. Vasif Məmmədovda təzminatın verilməməsi üçün bu yola əl atıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin işsizliyin aradan qaldırılması siyasətinə zidd gedərək, Məmmədov öz maraqlarını Azərbaycan Respublikasının Prezidentinin maraqlarından üstün tutaraq bu addımı atıb və neçə-neçə insanı işlsiz qoyub.
Vasif bəyin Kənan adlı sürücüsü bir neçə nəfərdən təhsil sektorunda işə düzəltmək adı altında külli miqdarda rüşvət almışdı. Bunun üstü açıldıqdan sonra Məmmədov məsələni ört-basdır etmək üçün sürücünü işdən uzaqlaşdırmışdı. 3 ildiki idman məktəbləri (təbii ki, “Vətən” istisna olmaqla) idman ləvazimatları almır. Ancaq kağız üzərində hər şey əksinədi. Sənədlərdə lazımi invertarların aldınığı göstərilir və beləcə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir. Şöbə müdiri təhsil nazirliyindən xəbərsiz iclaslar keçirir. Bu toplantılar “Vətən” Futbol Məktəbində baş tutur və bütün qara işlərin “çertyoj”u orda cızılır. Azərbaycanda tədris ili sentyabrın 15- i başladığı halda, idman məktəblərində hələ də yeni tədris ilinə start verilməyib. Bu da Vasif bəyin səriştəsiz olmasının bariz nümunəsidi”.
 
Məktub müəllifləri ardınca Natiq Lahıcovun “özfəalaiyyət”i ilə bağlı məlumat veriblər: “Əvvəllər 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman məktəbinin müdiri olub. Bizdə olan məlumata görə, işlədiyi dövrdə 20 nəfər “ölü canlı məşqçi” saxlayıb. “Ölü canlılar”ın hamısı da yüksək saatlar alıb. Çünki onların maaşını özünə götürürdü, işləyən məşqçilərə isə aşağı saatlara uyğun əmək haqqı alıblar. Bu mövzuda hətta bir neçə məşqçi Lahıcova etiraz etsə də, faydası olmamışdı. 2 saylı RİOEUGM-da müdir işlədiyi vaxt 2 əmr kitabçası olmuşdu. Hazırda isə Təhsil İdman Mərkəzinin əmr kitabçası önun göstərişinə əsasən dəyişdirilib ki, bu da ciddi maliyyə pozuntusu deməkdi. İlin 11 ayı daxili ezamiyyələrdə olan Lahıcov, yalnız sənəd üzərində ezamiyyətdədi və buna uyğun da ezamiyyə pullarını alır. Amma orda çalışanların hamısı yaxşı bilir ki, o hər gün mərkəzdədi və hətta səndlərə imza atır, möhür vurur. Ölkədaxili yarışlara maliyyə ayırmağı lazım bilməyən Natiq bəy yalnız ölkə xaricində keçirilən turnirlərə vəsait ayırır ki, bunun da səbəbi hamıya bəllidi. Xaricdə təşkil olunan yarışlar pul qazanmaq üçün gözəl vasitədi.
Bir ara Lahıcovla Vasif Məmmədovun münasibətləri soyumuşdu. Hətta Məmmədov onu tutduğu postdan uzaqlaşdırmaq istəyirdi. Lakin Natiq bəy külli miqdarda pul verib vəzifəyə gəlməsi məsələsini şantaj vasitəsi kimi istifadə edərək, Məmmədovun fikrini dəyişməyə məcbur edib”.
 
Şikayətçilər ünvandıqları məktubda Vidadi Quliyevlə bağlı da geniş dosye hazırlayıblar: “Əvvələr neft daşlarında fəhlə, daha sonra isə Gimnastika Federasiyasında fotoqrof işləmişdi. İdmana adiyyəti olmayan növbəti şəxslərdən biridi. Hazırda Təhsil Nazirliyinin Zaqulbadakı idman bazasına rəhbərlik etməklə yanaşı, Təhsil İdman Mərkəzinin Təşkilat Komitəsinə rəhbərlik edir. Vasif Məmmədov idman məktəblərinin müdirlərindən alınan pulları yığmağı ona tapşırıb. Vidadi bəy bugünə kimi Təhsil Nazirliyinin təqvim yarışlar üçün ayırdığı pulların 35-40% -nı “otkad” kimi idman məktəblərinin müdirlətindən geri alır, bu işə qol qoymayanlara isə “müqavilə müddəti başa çatandan sonra işdən azad olunacaqsız” adı ilə hədə-qorxu gəlir. Hazırda Zağulbadakı idman bazasında təlim-məşq toplanışlarında olan uşaqların yeməkləri azaldılır. Bundan başqa, sənəddə toplanışda olanların orda gecələməli olduqları göstərildiyi halda, buna imkan yaradılmır və idmançılar evlərinə getmək məcburiyyətində qalırlar. Vasif Məmmədov, Mustafa Həsənov, Natiq Lahıcov, Vidadi Quliyev sadaladığımızdanda artıq ciddi maliyyə fırıldaqları həya keçiriblər və bu gündə bu işlə məşğuldular. Əlimizdə bunu sübut edəcək səs və video yazılar var ki, yaxın gələcəkdə ictimayyətə bu materiallar təqdim olunacaq”.
 
“Futbol+” qəzetində dərc olunan bu yazı ittihamlarla doludur və qarşı tərəfin mövqeyini bildirməsinə ehtiyac var. Anonim məktub ciddi sənəd hesab oluna bilməz, lakin konkret adlar çəkilir və həmin şəxslərin də özünü müdafiə etmək üçün tribuna istəmək haqqı var. Biz də onlara tribuna verməyə hazırıq: buyurun, ittihamları rədd edin!
Shares: