Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Kəpəz” – “Binə” oyunundan sonra mətbuat konfransı keçirilib. 

Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov matç ilə bağlı belə danışıb: 

“Qələbə qazanmaq üçün istəkli idik. Avropa Liqasına vəsiqə qazanmaq üçün ən yaxın yol kubokdu. Futbolçularla danışmışıq, kubokda bacardıqca irəli getmək istəyirik. Desək ki, çempionat oyunlarında hamını məğlub edib 2-ci və ya 3-cü yeri tutacağıq, bu, yalan olar. Amma kubokda şanslarımızı dəyərləndirmək fikrindəyik. Finala kimi getmək arzusundayıq. Təbii ki, bunun necə olacağını zaman göstərəcək. “Binə”yə qarşı oyunun ilk hissəsi xoşuma gəlmədi. Komanda zəif çıxış etdi. Səhvlərimiz çoxdu, bunun üzərində işləməli və əziyyət çəkməliyik. Rəqibdən xoşum gəldi, yaxşı komanda qurublar. Onlara uğurlar arzu edirəm”.

Shares: