Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores kuboku yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Braziliya “Qremio”su ilə Argentina “Lanus”u qarşılaşıb. “Qremio” evdə keçirilən oyunda 1:0 hesabı ilə qalib gəlib. Braziliyalılar cavab qarşılaşmasında da “Lanus”dan üstün olublar – 2:1.

“Lanus”un hücumçusu Sanda 9 qol vuraraq, turnirin ən yaxşı bombardiri olub.

Turnirin ən yaxşı futbolçusu isə “Qremio”nun hücumçusu Luan seçilib. O, turnirdə 8 qol vurub.

Bu, Braziliya klubunun sözügedən turnirdə üçüncü belə zəfəridi. “Qremio” 1983 və 1995-ci illərdə də Libertadores Kubokunun qalibi olub. “Lanus” isə ilk dəfə finalına yüksəldiyi bu turnirdə hələ çempion ola bilməyib.

Shares: