İspaniyanın “Las Palmas” klubu baş məşqçisiz qalıb.
Futbolinfo.az xəbər verir ki, rəhbərlik Pako Ayestaranı isetafaya göndərməyə qərar verib. “Las Palmas” ötən gecə İspaniya kubokunun 1/16 finalında “Deportivo”ya məğlub olduqdan (2:3) sonra Ayestaran istefaya göndərilib. Məğlubiyyətə baxmayaraq, “Las Palmas” növbəti mərhələyə adlayıb. Çünki ilk qarşılaşmada 4:0 hesabı ilə qalib gəlmişdi. Mərhələ adlanmasına rəğmən, rəhbərlik mütəxəssislə vidalaşmağı üstün tutub.
Ayestaran bu ilin sentyabrından “Las Palmas”da işləyirdi. Onun rəhbərliyi altında komanda La Liqada 7 oyun keçirib, 6 qarşılaşmada məğlub olub, 1 oyun isə heç-heçə yekunlaşıb. Bu klub hazırda 13 turdan sonra bu klub 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.