Azərbaycanın U-21 millisinin və "Qarabağ"ın futbolçusu Mahir Mədətovun atası Anar Mədətov oğlunun Avropa klublarından birinə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Fubolinfo.az xəbər verir ki, o, "Lider TV"də yayımlanan "Bu bizik” verilişinə telefonla bağlantısı zamanı xarici klubların onunla maraqlandığını deyib. Mədətov bildirib ki, hər şey 2018-ci ildə dəqiqləşəcək:

“Müqavilə imzalansa, hamı biləcək ki, qış transfer dövründə Mahiri alıblar. Bəli, maraqlanırlar, amma bu, hələlik sirr kimi qalır. Nə olacağını yeni ildən sonra biləcəyik. Əcnəbi məşqçilər gəldilər, maraqlandılar. Amma 2018-ci ilin tranfser dövrünü gözləmək lazımdı”.

Shares: