Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub. Diqqət çəkən nəticələrdən biri “Beşiktaş”ın “Manisaspor”la oyununda qeydə alınıb. Son Türkiyə çempionu 9 cavabsız qolla qalib gələrək cavab matçını tam formallığa çevirib. Elə “Qalatasaray” da 5:1 hesabıyla yendiyi “Sivas Bələdiyyəspor”la səfər görüşünə arxayın yollana bilər.
İkinci oyun günündə "Fənərbaxça" da darmadağınla qalib gəlib. Son gündə isə "Antalyaspor" və "Trabzonspor" klubları da oxşar uğura imza atmaqla demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi (ilk oyunlar)
28 noyabr
Karsspor – Gənclərbirliyi 1:2
Beşiktaş – Manisaspor 9:0
Ankara Dəmirspor – Akhisar 0:3
Osmanlıspor – Yeni Malatyaspor 3:1
Qalatasaray – Sivas Bələdiyyəspor 5:1
29 noyabr
Batman Petrolspor – Konyaspor 0:3
Kasımpaşa – Boluspor 1:3
Sivasspor – Bucaspor 2:1
Karabükspor – İstanbulspor 2:1
Adanaspor – Bursaspor 0:2
Fənərbaxça – Adana Dəmirspor 6:0
30 noyabr
Orhanqazispor – Antalyaspor 0:3
Girəsunspor – Alanyaspor 4:2
Kahramanmaraşspor – Başakşəhər 1:3
Ərzurum BB – Trabzonspor 0:4
Kayserispor – Eyupspor 3:2