Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub. Madrid “Real”ı doğma meydanda aşağı liqa təmsilçisinə qalib gələ bilməsə də, ilk oyundakı qələbə sayəsində mərhələ adlayıb.

“Real”la yanaşı, ilk gündə “Leqanes”, “Numansiya”, “Selta” və “Levante” də növbəti mərhələyə yüksəlib.

İkinci oyun günündə "Barselona", "Sevilya" və Madrid "Atletiko"su da darmadağınla qalib gələrək, 1/8 finala yüksəliblər. "Real Sosyedad" və "Atletik" isə aşağı liqa klublarına uduzaraq gözlənilmədən mübarizəni dayandırmalı olublar. Doğma meydanda "Deportivo"ya uduzmasına baxmayaraq, "Las Palmas" da adını növbəti mərhələyə yazdırıb. 

Son gündə "Alaves", "Vilyarreal", "Espanyol" və "Valensiya" da doğma meydanda qazandıqları qələbə sayəsində mərhələ adlayıblar. "Betis" isə evdə "Kadis"ə uduzmaqla mübarizəni dayandırıb.

İspaniya Kuboku
1/16 final mərhələsi
(cavab oyunları)
28 noyabr

Leqanes – Valyadolid 1:0 (ilk oyun – 2:1)
Malaqa – Numansiya 1:1 (1:2)
Selta – Eybar 1:0 (2:1)
Levante – Jirona 1:1 (2:0)
Real – Fuenlabrada 2:2 (2:0)

29 noyabr

Barselona – Real Mursia 5:0 (3:0)
Real Sosyedad – Leyda Esportiu 2:3 (1:0)
Sevilya – Kartaqena 4:0 (3:0)
Atletik – Formentera 0:1 (1:1)
Atletiko (Madrid) – Elçe 3:0 (1:1)
Las Palmas – Deportivo 2:3 (4:1)

30 noyabr

Alaves – Xetafe 3:0 (1:0)
Espanyol – Tenerife 3:2 (0:0)
Vilyarreal – Ponferradina 3:0 (0:1)
Betis – Kadis 3:5 (2:1)
Valensiya – Saraqosa 4:1 (2:0)

Shares: