17 və 19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun qrup oyunlarının keçiriləcəyi ölkələr müəyyənləşib. 

Futbolinfo.az xəbər verir ki, hər iki yaş qrupu üzrə Azərbaycan yığmasının da mübarizə aparacağı ölkələr artıq bəllidi.

Belə ki, 17 yaşadək futbolçularımız elit-raunddakı oyunlarını Almaniyada keçirəcək. Komandamız 7-ci qrupda meydan sahibləri ilə yanaşı, İrlandiya və İslandiya ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2018-ci ildə, martın 22-dən 28-dək keçiriləcək.

19 yaşadək qızlarımız isə növbəti mərhələdəki oyunlarına Finlandiyada çıxacaqlar. Millimiz 3-cü qrupda finlərlə yanaşı, Fransa və Belçikaya qarşı mübarizə aparacaq. Bu qrupun oyunları da gələn il, aprelin 4-10-u aralığında baş tutacaq.

Shares: