Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Çelsi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Nyukasl” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb – 3:1. 12-ci dəqiqədə qonaqlar hesabı açsa da, Eden Azarın dublu (21 və 74-penaltidən), eləcə də Alvaro Moratanın vurduğu qol “zadəganlar”a qələbə qazandırıb.

Hazırda “zadəganlar” 32 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

 

Shares: