İspaniyanın “Atletiko” klubu bu gün heyətinə iki yeni futbolçu qatdığını rəsmən ictimaiyyətə açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi hələ xeyli müddət öncə anlaşdığı sabiq hücumçusu Dieqo Kosta və Vitolo (Viktor Maçin Peres) ilə rəsmi müqavilə bağlayıb. Klubun “Tvitter”dəki rəsmi səhifəsində hər iki futbolçunun fotosu yerləşdirilib və “xoş gəldiniz” mesajı qeyd olunub.

La Liqa klubunda 18 nömrəli formanı seçən Dieqo Kosta 2010/11 mövsümündə və 2012-2014-cü illər aralığında da “Atletiko”da oynayıb.

Vitolo isə 23 nömrəli formanı geyinəcək.

Shares: