"Əvvəla, "Zirə" Təmkindən ibarət deyil. Ola bilsin, belə fikirlər səsləndirilsin. Amma mən bunlarla razı deyiləm. O, əsas oyunçularımızdan idi. Bu səviyyəyə çatmasında "Zirə"nin əməyi var. 2 il əvvəl Təmkin bu səviyyədə deyildi. Sevinirik ki, Xəlilzadə milli komanda səviyyəsinədək qalxdı".

Futbolinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Təmkin Xəlilzadənin "Qəbələ"yə transferini dəyərləndirərkən deyib. Gənc mütəxəssis bildirib ki, Qabriel Mateydən sonra daha bir cinah oyunçusunun transferindən qazanc əldə ediblər: "Klubumuz həmişə belə hallara peşəkar yanaşır. Təmkinə təklif gəldi və biz də dəyərləndirdik. Rəhbərliklə söhbət etdik və razılıq verdik. Klubun həm maddi cəhətdən xeyri oldu, həm də fikirlərimiz üst-üstə düşdü. Qabriel Mateyin də Polşa "Termalika"sına keçidinə icazə verdik və bu transferdən də klubumuz qazandı".

Abbasov sol və sağ cinah oyunçularını əldən verdikdən sonra boşluqların aradan qaldırıldığını da vurğulayıb: "Xəlilzadəni "Qəbələ"yə verib Tellur Mütəllimovu götürməklə, sağ cinahımızın problemini həll etdik. Solda isə Aleksandr Şemonayevi və ya limitə düşən yeni transfer İbrahim Aslanlını oynada bilərik. Bu baxımdan, bizdə ciddi zəifləmə olmayacaq. Mütəllimovun da bizə çox xeyir verəcəyinə inanıram. Onda milli komanda səviyyəsinədək qalxma potensialı görürük. Ümumən, heyətimizin normal olduğunu düşünürəm. İnanıram ki, heyətdəki dəyişikliklər bizim üçün yaxşı nəticələr verəcək".

Qeyd edək ki, Təmkin Xəlilzadə "Qəbələ" ilə 2,5 illik müqavilə bağlayıb (sportnet.az).

Shares: