"Neftçi"nin meneceri Eldəniz Yusifov Ukrayna mətbuatının Kirill Petrovun Türkiyənin "Girəsunspor" klubuna keçəcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, o, qol.az saytına açıqlamasında məlumatı təkzib edib: "Xəbəri mən də mətbuatdan oxudum. Amma belə bir şey yoxdu. Petrova təklif gəlsəydi, zəng vurub kluba məlumat verərdi. Bizə isə bu barədə heç nə deyilməyib".

Qeyd edək ki, Ukrayna mətbuatı 27 yaşlı müdafiəçinin "Girəsunspor"la razılığa gəldiyini və komandanın Antalyada keçiriləcək təlim-məşq toplanşına qatılacağını yazıb.

Shares: