“Qəbələ”nin şotlandiyalı futbolçusu Endi Hallideyin komandadan ayrılacağı barədə xəbərlər təsdiqini tapmaq üzrədi.
Futbolinfo.az xəbər verir ki, Britaniya mətbuatı 26 yaşlı yarımmüdafiəçinin artıq “Qəbələ” ilə icarə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdirdiyini yazıb. O, müqavilə ilə məxsus olduğu “Reyncers”ə qayıdacaq. Hallideyin həftəsonu təlim-məşq toplanışı üçün ABŞ-ın Florida ştatına gedəcək Qlazqo təmsilçisinin heyətində yer alacağı bildirilir.
Qeyd edək ki, Hallidey “Qəbələ”yə mövsümün əvvəlində icarə əsasında cəlb olunub. O, bu komanda ilə Avropa Liqasını da nəzərə alsaq, cəmi 7 oyuna çıxıb.