Xorvatiyada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç ölkəsində ilin ən yaxşısı seçilib. 32 yaşlı futbolçu 6-cı dəfə bu mükafata sahib çıxıb. O, mükafat sayına görə, əfsanəvi xorvat futbolçu Davor Şukerə çatıb.

Modriç 2017-ci ildə “Real”ın heyətində İspaniya çempionu olub, Çempionlar Liqasını, klublararası dünya çempionluğunu qazanıb.

Shares: