Fransanın PSJ klubunun hücumçusu Neymar Avropada çıxış edən braziliyalılar arasında 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.
Futbolinfo.az xəbər verir ki, bu nominasiya üzrə səsvermə internetdə jurnalistlər və keçmiş futbolçular arasında keçirilib. 25 yaşlı futbolçu respondentlərin 27,71 faizinin səsini toplayıb.
İkinci yeri “Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyo tutub – 16,64 %. Madrid “Real”ının müdafiəçisi Marselo isə üçüncü olub – 14,43 %.