Belçikada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə çempionu “Çelsi”nin hücumçusu Eden Azar Belçikada geridə qalan ilin ən yaxşısı seçilib. Bu barədə Belçika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda Azarın 10280 səslə qalib olduğu qeyd olunub.

İkinci yeri İngiltərənin digər klubu “Mançester Siti”də çıxış edən Kevin de Breyne (4710) tutub. İlk üçlüyü yenə İngiltərədə top qovan Romelu Lukaku (“Mançester Yunayted”) tutub (3223).

Shares: