Yanvarın 1-dən etibarən futzal üzrə Yüksək Liqada “transfer pəncərəsi” açıq elan edilib. 

Futbolinfo.az xəbər verir ki, klublar fevralın 10-dək davam edəcək bu müddət ərzində heyətlərinə cəlb edəcəyi yeni oyunçuları AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçirə və lisenziya ala bilərlər. 

Futzal üzrə Birinci Liqada isə “transfer pəncərəsi” yanvarın 15-də açılacaq.

Shares: