Fransanın “L`Equipe” nəşri 2017-ci ilin simvolik yığma komandasını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, heyətdə yer alan futbolçulardan dördü Madrid “Real”ının üzvləridi. PSJ və “Barselona” isə iki oyunçu ilə təmsil olunub. “Yuventus”, “Çelsi” və “Tottenhem”dən isə bir futbolçu simvolik heyətə düşüb.
Heyətdə aşağıdakı futbolçular yer alıblar:
Canluici Buffon ("Yuventus"), Dani Alves (PSJ), Serxio Ramos ("Real"), Samuel Umtiti ("Barselona"), Marselo ("Real"), Luka Modriç ("Real"), Nqolo Kante ("Çelsi"), Lionel Messi ("Barselona"), Neymar (PSJ), Harri Keyn ("Tottenhem"), Kriştiano Ronaldo ("Real").