Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü Ozan Can Kökçünun yeni klubu rəsmən məlum olub.

Futbolinfo.az xəbər verir ki, 19 yaşlı futbolçu öncədən gözlənildiyi kimi, karyerasını yenidən Hollandiyada davam etdirəcək. Gənc yarımmüdafiəçi ölkənin ikinci liqasında mübarizə aparan "Valveyk" klubuna icarə əsasında keçib. Türkiyənin "Bursaspor" klubuna məxsus futbolçu yeni klubu ilə yarım illik müqavilə imzalayıb. 

Xatırladaq ki, bir müddət öncə millimizdən imtina edən futbolçu "Bursaspor"a "Feyenoord"dan transfer olunmuşdu. Onun "yaşıl-timsahlar"la müqaviləsi 2021-ci ilin yayına qədərdi.

Shares: