Cari mövsümün yarısını “Araz”da keçirən Karvalho dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, “stolba” artıq özünə yeni komanda tapıb. O, dünən “Copagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

Shares: