“Neftçi”nin futbolçusu Kiril Petrov Türkiyənin “Girəsunspor” klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, ukraynalı futbolçu bu barədə footboom.com-a danışıb. 27 yaşlı yarımmüdafiəçi Türkiyə klubuna keçməyin əleyhinə olmadığını bildirib: 

“Girəsunspor”la bağlı variant maraqlıdı. Səninlə başqa klubların maraqlanması hər zaman xoşdu. Türkiyə çempionatı yetərincə səviyyəlidi. "Neftçi” ilə müqaviləmin müddəti 2018-ci ilin yayına qədərdi. "Girəsunspor”la bağlı variant barədə menecerim Aleksandr Pankovdan soruşmaq lazımdı. O, daha çox məlumata malikdi. Hazırda "Neftçi”nin oyunçusuyam və komanda ilə təlim-məşq toplanışına gedirəm. Daha sonra nələrin baş verəcəyinə baxarıq. Türkiyə çempionatı yetərincə güclü turnirdi. "Giresunspor” I Liqada çıxış etsə də, komandanın qarşısında yüksək tapşırıqlar qoyulub”.

Qeyd edək ki, Kiril Petrov cari mövsüm "Neftçi”də 13 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: