Yunis Hüseynovun gəlişindən sonra “Kəpəz”də ciddi islahatlar başlayıb.

Belə ki, Gəncə klubu ən azından 10 futbolçunu yola salıb. Onlar arasında sabiq baş məşqçi Şahin Diniyevin oğlu Kərim Diniyev də var. Bizdə olan məlumata görə, dayaq yarımmüdafiəçisinin klubsuz günləri elə də uzun çəkməyib. Kərimin yeni klubu artıq müəyyənləşmək üzrədir. “Neftçi”nin yetirməsi olan oyunçu karyerasını “Səbail”də davam etdirəcək. Futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, “Səbail”in baş məşqçisi Samir Əliyevlə Kərimin atası, millimizin sabiq baş məşqçisi Şahin Diniyevin münasibətləri üst səviyyədədir. (Futbol11)

Shares: