İtaliya A Seriyasında daha bir məşqçi istefası baş verib.
Futbolinfo.az xəbər verir ki, “Torino” baş məşqçi Sinişa Mihayloviçi qovub. Ötən gecə İtaliya kubokunun 1/4 finalında “Yuventus”a məğlub olduqdan (0:2) sonra rəhbərlik onunla yolları ayırmaq qərarına gəlib.
“Torino” son 17 oyunda cəmi 3 qələbə qazanıb və A Seriyasının 20 iştirakçısı arasında 10-cu pillədə qərarlaşıb.
Mihayloviç komandaya 2016-cı ilin yayından rəhbərlik edirdi.