“Kəpəz”in futbolçusu Aydın Qasımov karyerasını “Xəzər”də davam etdirəcək. 

Futbolinfo.az xəbər verir ki, bu barədə Birinci Divizion klubunun “Facebook”dakı səhifəsi məlumat yayıb. Məlumatda 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalandığı qeyd olunub.

Baş məşqçi Yunis Hüseynovun qərarı ilə “Kəpəz”dən göndərilən Qasımovun yeni komandası ilə anlaşma müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Aydın Qasımov əvvəllər AZAL, “Qaradağ Lökbatan” və MOİK-in də formasını geyinib.

Shares: